Türkiyədən bir qrup turist “Əfsanələr paytaxtı”na səfər edəcək, Gəncə şəhərinin tarixi, mədəni və gəzməli-görməli yerləri ilə tanış olacaqlar. Bu barədə Gəncə Regional Turizm İnformasiya Mərkəzindən məlumat verilib.
   Gəncənin turizm marşrutları, şəhərdə olan hotellərin qiyməti barədə məlumat artıq səfəri təşkil edən şirkətə göndərilib. Türkiyəli turistlərin Gəncəyə səfəri aprelin 10-dan sonra reallaşacaq. Məlumat üçün bildirək ki, hazırda Gəncədə üç turizm marşrutu fəaliyyət göstərir ki, onlardan ikisi tarixi və mədəni abidələri, biri isə Gəncə-Göygöl-Hacıkənd marşrutunu əhatə edir.
   
   Turan