Aprelin 28-dən 30-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində COTTEM beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, Azərbaycan da bu sərgidə iştirak edəcək. Ölkəmizi bu sərgidə Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıcov, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının, eyni zamanda «GEO Travel» və «N Travel» turizm şirkətlərinin nümayəndələri təmsil edəcək.
   Qeyd edək ki, Azərbaycan COTTEM beynəlxalq turizm sərgisində ilk dəfədir iştirak edir.