Azərbaycan ərazisində sualtı arxeoloji tədqiqatlar nəticəsində bir sıra sualtı abidələr aşkar olunub. Bu abidələrə Bakı buxtasında Bayıl qəsri, Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, Gürgan burnu yaxınlığında Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları və s. aiddir. Mədəniyyət və turizm nazirinin göstərişinə əsasən, ölkəmizin zəngin sualtı mədəni irsə malik olması, onun effektiv mühafizəsi zərurətini nəzərə alaraq, Azərbaycanın Sualtı Mədəni irsin Qorunması üzrə UNESCO Konvensiyasına qoşulması ilə bağlı iş aparılır.

  Fəxriyyə Abdullayeva