Aprelin 27-də 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi və 4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisinə həsr edilmiş mətbuat konfransı keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və «İteca Caspian» şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Aprelin 28-də işə başlayacaq sərgilərdə 24 ölkədən 120-dən artıq şirkət 33 istiqamət üzrə öz məhsulunu təqdim edəcək. Bu ilk dəfə olaraq bu sərgidə Azərbaycanın daxili turizm potensialı da nümayiş etdiriləcək.

Fəxriyyə Abdullayeva