Belorusun paytaxtı Minskdə tanınmış yazar və naşir, “İrs-Naslediye” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının «Ermənilik. Rusiya. Qafqaz» adlı kitabının belorus dilinə nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimi Azərbaycanın Belorusdakı səfiri Əli Nağıyev açaraq, müəllifin kitabda yetərincə maraqlı materiallar topladığını bildirib. Tədbirdə həmçinin yazıçı-jurnalist Qalina Şarayeva, Belarus Azərbaycan İcmaları Konqresinin təmsilçisi Natiq Bağırov və digərləri də çıxış edib.
   Qeyd edək ki, kitabı belorus dilinə bu ölkədə yaşayan soydaşımız, yazıçı Esmira İsmayılova tərcümə edib. Kitab Belarus oxucuları və yerli mətbuatın diqqətini cəlb edib.
   Gülər