Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. 
   
   Akademiyadan verilən məlumata görə, konfrans Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illik yubileyi münasibətilə təşkil olunacaq.
   Məlumatda vurğulanır ki, 1939-cu il noyabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə yaradılan Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.