Noyabrın 15-də Rusiyanın Çelyabinsk şəhərində “Cənubi Ural və Azərbaycan xalqlarının dostluğu dekadası” başlanıb. Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyindən bildiriblər ki, noyabrın 25-dək davam edəcək dekada çərçivəsində “dəyirmi masa”lar, idman və mədəni tədbirlər, “Nə, harada, nə zaman” intellektual oyunu, Azərbaycanın və Çelyabinskin incəsənət xadimlərinin iştirakı ilə konsert, şairlər Aslan Gərərxanlı və Nina Yaqodintseva ilə görüş, “Cənubi Ural - Azərbaycan: dostluq və əməkdaşlıq yolunda” adlı elmi-praktik konfrans nəzərdə tutulub.