İyunun 21-də Azərbaycan Turizm İnstitutunun ilk məzunu adını qazanmaq şansı olanlar xarici dillər üzrə yekun attestasiya imtahan komissiyası qarşısında bilik sınağına çəkiliblər.
   

   ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imtahanda iştirak edib. Attestasiya imtahan komissiyası tərəfindən məzunların məcburi ingilis və rus dillərində, eləcə də seçmə fənlər - alman, fransız, ərəb dillərində sərbəst danışma və düşünmə qabiliyyətləri qiymətləndirilib. Nazir Ə.Qarayev ATİ-nin ilk məzunlarını təbrik edərək onlara uğurlar diləyib. Rektor C.Cəfərov isə builki məzunlara həyatın bütün çətinliklərindən üzüağ çıxmalarını arzulayıb.
   Dövlət imtahanının ümumi nəticələrinə görə, demək olar ki, ATİ-nin ilk məzunlarının əksəriyyəti yüksək nəticə əldə edə bilib.