Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində islam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. İnstitutdan bildiriblər ki, Ümumdünya fəlsəfə gününə həsr olunan tədbirdə Türkiyə, İran, Mərakeş, Fransa, Böyük Britaniya və Macarıstandan tanınmış alimlərin iştirakı gözlənilir.