2010-cu ilin yanvar-iyul aylarında Türkiyəyə 16 milyon turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artım deməkdir. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir. 2010-cu ilin yeddi ayının nəticələrinə görə, Almaniya Türkiyəyə turist göndərən ölkələr arasında birinci yeri tutub. Nazirliyin hesablamalarına görə, bu ilin yanvarından iyul ayına qədər bu ölkədə istirahət edən turistlərin 14,65 faizi almanlar olub. Ruslar bu baxımdan ikinci, böyük britaniyalılar isə üçüncüdür.
   Onu da qeyd edək ki, bu ölkəyə gələn turistlərin 14 milyonu hava nəqliyyatından istifadə edib.