GUAM-Yaponiya birgə turizm məhsulunun müəllifləri sentyabrın 24-26-da Tokioda keçirilən JATA WTF-2010 beynəlxalq turizm sərgisində iştirak ediblər. 
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən daxil olan məlumata görə, bu sərgidə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın üzvü olan ölkələrin turizm potensialı nümayiş etdirilib, birgə turizm məhsulunun təqdimatı olub, Yaponiyanın əməkdaşlığa maraq göstərən turizm agentliklərinin nümayəndələri ilə görüşlər keçirilib.
   Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilati dəstəyi ilə sentyabrın 26-da birgə turizm məhsulunun təqdimatına dair seminar keçirilib. Tədbir çərçivəsində “Turkişh Airlines”in nümayəndəsi aviaşirkətin turistləri GUAM ölkələrinə çatdırmaq imkanlarını nümayiş etdirib və həmin tədbirdə iştirak edən turizm şirkətləri arasında lotereya (qurumun istənilən ölkəsinə pulsuz iki bilet) təşkil edib.
   Seminar iştirakçıları GUAM-Yaponiya turməhsulunu inkişaf etdirmək barədə diskussiya aparıblar.
   
   Fəxriyyə