«Şimali Qafqaz Kurortları» ASC Şimali Qafqazda ümumi dəyəri 15 mlrd. dollar olan 5 yeni dağ xizək kurortu inşa edəcək.
   Matlas (Dağıstan), Mamison (Şimali Osetiya), Arxız (Qaraçay-Çərkəz), Laqo-Naki (Adıqeya) və Elbrusda (Kabardin-Balkar) inşa olunacaq kurortlara 14,6 mlrd. dollar vəsait yatırılacaq ki, bunun 8,8 mlrd. dolları institusional investorlar tərəfindən ayrılacaq, 3,8 mlrd. dolları isə banklardan cəlb olunacaq.
   Qeyd edək ki, «Şimali Qafqaz Kurortları» ASC-nin 98% səhminə Rusiya hökuməti sahib olacaq və şirkətin nizamnamə kapitalından dövlət tərəfindən 2 mlrd. dollar ayrılacaq. Sözügedən vəsait yol və infrastrukturun tikintisinə yönəldiləcək.