Dekabrın 24-də «Exselsior» mehmanxanasında «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun növbəti, 7-ci toplantısı keçiriləcək. Qurumdan aldığımız məlumata görə, toplantıda təşkilatın bir illik fəaliyyətinə nəzər salınacaq, eyni zamanda son bir ay ərzində görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat veriləcək. «Skal Bakı» dan o da bildirildi ki, bu, qurumun 2010-cu il ərzində sonuncu toplantısı olacaq.