Yeni il tətili günlərində ölkəmizin cənub bölgəsinə gələn turistlərin sayı xeyli artıb. Bu sırada Lerik rayonundakı turizm məkanları da insanların həvəslə üz tutduğu yerlərdir. Rayondakı turist və istirahət obyektləri Avropa standartlarına uyğun inşa edilib. Xarici turistlər isə buradakı turizm və istirahət obyektlərində işin təşkilini yüksək qiymətləndirirlər.
   Leriklə müqayisədə Lənkəran rayonunun turizm və istirahət obyektlərində qiymətlər nisbətən ucuzdur. Buranın dəniz sahilində yerləşən turizm məkanlarında bayram axşamı istirahət, kottec haqqı da daxil olmaqla, 25 manat olub. Ona görə də burda ailə büdcəsi nisbətən zəif olanlar istirahət ediblər. Bayram günlərində rayonun turizm obyektlərinə və istirahət məkanlarına gələnlərin sayı əvvəlki illə müqayisədə xeyli çox olub. Turizm obyektlərinə ailəvi istirahətə gələnlərə kotteclərin qiymətində 50 faiz güzəşt edilib.

 Fəxriyyə Abdullayeva