İspaniyanın sənaye, turizm və ticarət naziri Migel Sebastyan bildirib ki, ötən il ərzində İspaniyanı 53 mln. turist ziyarət edib ki, bu da 2009-cu illə müqayisədə 800 min və ya 1,4% çoxdur. Bununla da İspaniya 2004-cü ilin göstəricisinə (53,6 mln. turist) yaxınlaşa bilib.
   Ötən il İspaniya turizm sahəsindən 49 mlrd. avro gəlir əldə edib ki, bu da 2009-cu ilə nisbətən 2,5% çoxdur. Orta hesabla hər turist İspaniyada 930 avro xərcləyib. Xatırladaq ki, İspaniyanın turizm sahəsindən əldə etdiyi gəlir ümumi dövlət büdcəsinin 14%-ni təşkil edir.
   

  Fəxriyyə