2010-cu ildə Gəncəyə gələn turistlərin sayında artım müşahidə olunub. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Asif Məmmədovun verdiyi məlumata görə, 2010-cu ildə şəhərə gələn 8.215 nəfərdən 2.096-sı xarici, qalanı isə yerli vətəndaşlar olub. Halbuki 2009-cu ildə xarici turistlər cəmi 1.971 nəfər təşkil etmişdi. A.Məmmədovun dediyinə görə, turistlərin 3.322 nəfəri istirahət, 4.242 nəfəri işgüzar, 66 nəfəri müalicə, qalanları isə digər məqsədlər üçün gəliblər. Gəzməyə gələn turistlərin ən çox maraqlandıqları sahə isə əsasən tarixi abidələr olub.

 Fəxriyyə Abdullayeva