Bir neçə müddətdir aparılan təmir işlərindən sonra fəaliyyətə başlayan «Grand Hotel Avropa» bu günlərdə 15 yaşını qeyd edib. Bu münasibətlə hoteldə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının, turizm şirkətlərinin, hotellərin nümayəndələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən hotelin baş meneceri Tolqa Akkaş bildirib ki, «Avropa» hoteli çox yaxın müddətdə öz möhtəşəmliyini bərpa edəcək. Artıq bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir. Baş menecer hotelin 15 illik yubileyinin Azərbaycanda «Turizm ili» ilə bir vaxta düşməsini xoş təsadüf adlandırıb.
   Qeyd edək ki, təmirdən sonra «Avropa» hotelində 96 lyuks və delyuks nömrə, «Olympus» idman-sağlamlıq mərkəzi, dünya mətbəxi nümunələrini təqdim edən «Golden Caviar» restoranı, «Capone,s» gecə klubu, bar və biznes mərkəzi qonaqların istifadəsinə verilib.
   
     Fəxriyyə Abdullayeva