Mayın 2-də Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm potensialına dair seminar-təqdimat keçirilib. Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas bildirib ki, turizm sahəsində biznesin inkişafı baxımından Azərbaycan-Litva münasibətləri böyük potensiala malikdir.
   Litvanın Turizm Departamentinin nümayəndəsi Raymonda Balnene tədbirdə iştirak edən Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinə Litvanın müxtəlif növ turizm imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, keçən il Litvanı 1,5 milyon xarici turist ziyarət edib. Bunlar əsasən qonşu ölkələr - Rusiya, Belarus, Polşa və Almaniyadan gələnlərdir. Təəssüf ki, Litvaya gələn azərbaycanlı turistlərin sayı çox deyil. Ümid edirik ki, yaxın vaxtlarda onların sayı artacaq.
   Qeyd edək ki, təqdimat Litvanın prezidenti Dalya Qribauskaytenin ölkəmizə rəsmi səfəri (2-3 may) çərçivəsində gerçəkləşib.