İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Tədbirdə Şəkidə turizm sahəsində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib. Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsi, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. müzakirə olunub.

   Fəxriyyə Abdullayeva