«Turizmə dəstək» gənclər koalisiyası və «Atlant» İstirahət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Xaçmaz rayonunun Nabran qəsəbəsinə tur təşkil edir. Koalisiya rəhbəri Ramiz Alıyev bildirib ki, iyunun 3-dən 5-dək davam edəcək səfər kütləvi informasiya vasitələri və turizm mütəxəssisləri üçün təşkil olunub: «Səfərin təşkil edilməsində məqsəd ölkəmizdə turizmin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbir və təşəbbüslərə dəstək olmaq, regionlarımızın turizm imkanlarını, tarixi-mədəni abidələrini tanıtmaq, daxili turizmin inkişafına töhfə verməkdir. Səfər proqramında iştirakçılar üçün bölgənin tarixi-mədəni abidələri ilə tanışlıq, konfrans, seminar və s. nəzərdə tutulub”.