Gəncənin turizm sektorunun nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq turizm treninq kurslarında iştirak ediblər. Gəncə Regional Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, Tbilisidə keçirilən kurslara bölgəmizin turizm potensialını əks etdirən materiallar da aparılıb. Şəhər Mədəniyyət və Turizm İdarəsinin və mərkəzin əməkdaşları tərəfindən treninq iştirakçılarına Azərbaycanın turizm sektoru, mədəni abidələri, sənətkarların əl işləri və digər məlumatlar təqdim olunub.