Badamdar qəsəbəsi Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klubu iyul ayından etibarən “Azərbaycan tarixi - arxeoturizm” layihəsinə başlayır. Klubun rəhbəri Cəfər Mənsiminin verdiyi məlumata görə, məqsəd gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla vətənimizin tarixini dərindən öyrənməyə kömək etməkdir. Layihə iki ay davam edəcək. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrinə gənclər və yeniyetmələr üçün arxeoloji turlar təşkil ediləcək. Görülən işləri əks etdirən kitab-kataloq hazırlanacaq.