Yay mövsümündə turizm qiymətləri 15-20 faiz aşağı düşüb
   
   Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq turizm qiymətləri ilə bağlı monitorinqlər aparır. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib. Nazir vurğulayıb ki, bu il yay mövsümündə real olaraq turizm qiymətləri 15-20 faiz aşağı düşüb. Üstəlik Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlər əlavə xidmətlər də təklif edirlər.
   Nazir gələn il Azərbaycanda keçiriləcək “Eurovision 2012” yarışmasına hazırlıq məsələsinə də toxunub. Qeyd olunub ki, Təşkilat Komitəsinin hər bir üzvü öz sahəsinə uyğun işlərlə məşğul olur: “Biz də turizm sahəsi üzrə müvafiq tapşırıqları yerinə yetiririk”.