Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli turizmin inkişafında bələdiyyələrin rolu” layihəsi icra olunacaq. Layihə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən həyata keçiriləcək.
   Layihənin əsas məqsədi “Turizm ili” çərçivəsində vətəndaş cəmiyyəti ilə yerli özünüidarəetmə orqanlarının birgə işini təqdim etməklə, ölkəmizdə turizmin inkişafına dəstək vermək, turizmin inkişafında xarici ölkələrin qabaqcıl təcrübələrindən faydalanmaqdır. Layihə ilə bağlı avqustun 1-2-də Mingəçevirdə tədbir keçiriləcək.