Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq qrupu tərəfindən respublikanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlər zamanı lisenziyası olmayan istirahət müəssisələri də qeydə alınıb. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası olmadan fəaliyyət göstərən həmin istirahət mərkəzlərinin siyahısını təqdim edirik:
  
  
   Qax (3)
   “Qax Toxucu ASC”;
   “Kiş adası” istirahət mərkəzi (8 kottec, 16 yer);
   “Green Hill İnn” mehmanxanası (18 nömrə, 48 yer).
  
   Qəbələ (3)
   “Xəzər”;
   “Su tayı”;
   “Kötüklü” istirahət mərkəzləri.
  
   İsmayıllı (3)
   “Həsənoğulları” (14 kottec, 36 yerlik);
   “Qızıl qaya” (8 kottec və 25 nömrə, 82 yerlik);
   “Teliba” (2 kottec, 6 yer) istirahət mərkəzləri.
  
   Şamaxı (1)
   “Magic Life” istirahət mərkəzi (23 kottec, 54 yer).
  
   Xaçmaz, Nabran (7)
   “Həyat”;
   “Xudmani”;
   “İstisu”;
   “3 qardaş”;
   “Edem”;
   “Bizim Dünya”;
   “Oskar”.
  
   Qusar (4)
   “İskra”;
    "Umud”;
   “Alpine”;
   “MM”
   (Sonuncu ikisi yeni açılıb, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə lisenziya almaq tövsiyə olunub).
  
   Quba (3)
   “Ahu”;
   “Avand”;
   “Səməd” istirahət mərkəzləri.
  
   Masallı (6)
   “Olimp”;
   “Aylı Gecə”;
   “Uludağ”;
   “Turan”;
   “Mənzərə”;
   “Palma” istirahət mərkəzləri
  
   Lənkəran (2)
   “Xanbulaq” istirahət mərkəzi;
   “Xəzər Mehmanxanası”.
  
   Lerik (4)
   “Möcüzə”;
   “Qala”;
   “Ağ Göl”;
   “Çənlibel” istirahət mərkəzləri.
  
   Onu da qeyd edək ki, baxış keçirilən bölgələrdə lisenziyasız fəaliyyət göstərən yerləşdirmə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, bu obyektlərdə çalışanların peşə hazırlığı isə demək olar ki, yox səviyyəsindədir.
   
   Fəxriyyə Abdullayeva