Finlandiyanın mobil telefon istehsalçısı Nokia "Eurovision-2012" müsabiqəsi ərəfəsində Nokia smartfonları sahibləri üçün Azərbaycanın tam naviqasiya xəritəsini təqdim edəcək. Məlumata görə, söhbət Nokia Maps marşrutlarının planlaşdırılması və xəritələrlə iş üçün əlavədən gedir. Onun qapalı sınağına artıq sentyabrda başlanacaq.
   "Nokia şirkəti artıq 2012-ci ilin yanvarında Azərbaycan üzrə naviqasiya xidmətini təqdim etməyi planlaşdırır. Əlavəni bu dövrdən başlayaraq Nokia Store əlavələr mağazasında yükləmək olar.
   Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib. Nokia Maps proqramları marşrutların salınması imkanını təqdim edir.
   Nokia Maps kartoqrafiya xidməti pulsuz təqdim olunur. O, xəritələrin yüklənməsi və şəhərlərin sxemləri üçün, həmçinin xoşa gələn yerlər haqqında informasiyanın ötürülməsi və saxlanması üçün istifadə olunur, onları yol nöqtələri kimi nişanlamaq olar. Xəritələr və marşrutların hesablamasına görə işin funksiyaları pulsuzdur. Şəbəkə operatoru məlumatların ötürülməsinə görə pul ala bilər.
   Əlavə ödənişə görə istifadəçi genişləndirilmiş naviqasiya funksiyaları və bələdçi əldə edə bilər. İstəyə görə turistlər üçün faydalı məsləhətlər və dəyərli məlumatlarla müşayiət olunan bələdçilər də almaq olar.