Xorvatiyada beynəlxalq konfrans keçiriləcək
   
   Sentyabrın 12-13-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində “Turizm və sərlövhələrdə media turizmi üzrə I Beynəlxalq konfrans” keçiriləcək. Dünya Turizm Təşkilatı və Xorvatiyanın Turizm Nazirliyi tərəfindən təşkil olunan konfransda “Mediada turizm mövzuları” məzmunlu məruzələr dinlənəcək və bu mövzuların mətbu nəşrlərdə, dövri mətbuatda daha maraqlı və cəlbedici şəkildə işıqlandırılmasının effektiv vasitələrindən söz açılacaq, turizmin fərqli təbliğat üsulları müzakirə olunacaq. Konfransda iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Zaqreb şəhərinə ezam olunub.