Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mayın 5-dən 9-dək Türkiyənin Trabzon şəhərində 22-ci Beynəlxalq Qara dəniz Teatr Festivalında iştirak edəcək. Kollektiv festivala V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə gedib.

22-ci Beynəlxalq Qara dəniz Teatr Festivalı 5-20 may tarixində keçiriləcək. Akademik Milli Dram Teatrı səhnə əsərini iki dəfə – mayın 7-8-də Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.

2019-cu ildə səhnələşdirilən “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşasının quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır.