Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı Gədəbəy rayonunda da bir neçə silsilə tədbir keçiriləcək. Bu barədə qəzetimizə məlumat verən Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədovanın sözlərinə görə, yubileyə həsr olunmuş tədbirlərdən biri sentyabrın 16-da mədəniyyət və incəsənət ustalarının iştirak edəcəyi konsert proqramı olacaq.
   Sentyabrın 28-də isə rayon mərkəzində elmi-praktik konfrans keçiriləcək. Bundan əlavə, oktyabrın 12-də Gədəbəyin mərkəzi parkında sərgi təşkil ediləcək. Burada rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları ilə bərabər, maddi-mədəniyyət nümunələri də sərgilənəcək. Nəhayət, oktyabrın 17-də rayonun musiqi kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təşkil olunacaq.
   
   Fəxriyyə Abdullayeva