Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Respublika Gənclər Kitabxanasında UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” (Gəncliyə dəstək üçün ümumi birlik) təşkilatı ilə birlikdə “Heydər Əliyev – Azərbaycan iqtisadiyyatı və mədəniyyəti” mövzusunda dəyirmi masa və “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov,  “GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev, BDU-nun müəllimi Fəxriyyə İsayeva, digər qonaqlar çıxış ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov vurğulayıb ki, müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Heydər Əliyevin həyat yolu Azərbaycan xalqı üçün tükənməz bir mirasdır. Diqqətə çatdırılıb ki, Respublika Gənclər Kitabxanası ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı Azərbaycan, ingilis və rus dillərində məlumatlandırıcı videoçarxlar və virtual sərgi hazırlayıb.

Tədbirin sonunda UNEC Tələbə Elmi Cəmiyyəti  və “GUYS” İctimai Birliyi tərəfindən elan edilən esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.