Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər Ittifaqı, Azərbaycan Rəqs Assosiasiyası, Azərbaycan Milli Konservatoriyasının tərkibində Incəsənət Gimnaziyasının təşkilatçılığı ilə keçirilən "Art Olimpia" müsabiqəsində uğurla çıxış ediblər.

Baş İdarədən bildirilib ki, məktəbin fortepiano şöbəsinin şagirdləri Rüstəm Cəfərzadə və Həbib Babayev birinci, Zəhra Hüseynli ikinci, Üzeyir Cəfərzadə üçüncü yerə layiq görülüblər. Fatimə Mütəllimzadə isə laureat adını qazanıb.

Simli və nəfəsli alətlər şöbəsinin fleyta ixtisası üzrə şagirdi Cavid Babayev, Mixail Çernyavko, ansambl ifasına görə Həbib Babayev, Cavid Babayev və Ayan Şirzad da birinci yerə layiq görülüblər.