Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə təltif olunub. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.

Mükafatlandırma mərasimi TÜRKSOY-un Ankaradakı qərargahında keçirilib.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Sultan Rayevin çıxış edərək mükafata layiq görülən alimlərə təbriklərini çatdırıb.

Alimlər çıxış edərək Türk dünyasının yüksək təltifinə layiq görüldükləri üçün minnətdarlıqlarını ifadə ediblər. TÜRKSOY-un genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirilib.

Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.