Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şabran şəhər Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” (18 may – 18 iyun) çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Şabran Rayon İcra Hakimiyyəti, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Quba regional mərkəzi və Şabran Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı keçirilib.

Dəyirmi masada çıxış edənlər hər il may və iyun aylarında “İnsan hüquqları aylığı” çərçivəsində müxtəlif tədbirlərin həyata keçirildiyini bildiriblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır.

Qeyd olunub ki, ölkəmizdə insanların dini etiqad azadlığı maksimum səviyyədə qorunur və öz inanclarına uyğun ayinlərini həyata keçirməkdə azadlıqları təmin edilir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Sonda iştirakçılara DQİDK-nın sifarişi ilə hazırlanmış maarifləndirici dini ədəbiyyat paylanılıb.