Oktyabrın 12-də Bakıda “Laurus Consult” şirkətinin və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə aparıcı turizm şirkətləri üçün "LuxeTravelShow 2011" adlı seminar keçirilib. “Hilton Baku” mehmanxanasında keçirilən seminarın məqsədi Azərbaycanın turizm imkanlarının tanıdılması, xarici və beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq, Azərbaycan turizminin inkişafı və “Lüks Travel”in nümayiş etdirilməsidir.
   Seminar çərçivəsində dünyanın tanınmış turizm markaları Azərbaycanın ən yaxşı agentlikləri və operatorları ilə, həmçinin böyük korporativ şirkətlərin səyahət əlaqələndiriciləri ilə fərdi görüşlər keçirərək öz xidmətlərini təklif ediblər. Burada “WorkShop” ziyarətçilərinin yeni əlaqələr yaratmaları, eləcə də xarici şirkət və mehmanxanalara Azərbaycan bazarının potensialını göstərmək üçün işgüzar mühit təşkil olunub.
   Bakıda ilk belə seminar ötən il təşkil olunmuşdu. İkinci dəfə təşkil edilən seminarda 30 ölkədən 85 şirkət iştirak edib.