Türkiyənin Antalya vilayətinin Kəmər şəhərində gənc istedadlar arasında ənənəvi "Showmir Türkiye" beynəlxalq müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmizi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbinin şagirdləri təmsil ediblər.

Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa edən məktəbin şagirdləri Nərgiz Fərəcli müsabiqənin Qran-pri mükafatına, Samirə Cəfərli, Abdulqədir Əzizzadə birinci yerə, Lalə Nəcəfova ikinci yerə layiq görülüblər.

Şagirdlərin professional hazırlığına görə müəllimləri, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovaya və müsabiqədə iştirakın təşkilinə görə məktəbin direktoru Sevil Ələkbərova “Təşəkkürnamə” ilə təltif olunub.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Ələsgərov adına 1 nömrəli İncəsənət məktəbinin şagirdləri isə Fransada keçirilən “Euro Vision Media Star” adlı beynəlxalq müsabiqəyə qatılaraq uğur qazanıblar.

İdarədən bildirilib ki, məktəbin fortepiano ixtisası üzrə ikinci sinif şagirdi Cemre Biter (müəllim N.Əliyeva) ikinci dərəcəli diplomla, birinci sinif şagirdi Gülpəri Qasımlı (müəllim Y.Sadıqova) birinci dərəcəli diplomla təltif olunublar.