“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qobustan rayonunun turizm potensialının üzə çıxarılması, rayonun turizm üzrə elektron bazasının yaradılması ilə bağlı layihə həyata keçirib. Layihə nəticəsində gobustan-tourism.com saytı yaradılıb. Layihə ilə bağlı ilkin mərhələdə ictimai məlumatlandırma və rayonun turizm əhəmiyyətli obyektləri, tarixi abidələri, folkloru, mətbəxi, təbiəti və s. ilə bağlı materialların toplanması nəzərdə tutulub.
   İlk yaşayış məskənlərindən biri kimi qədim tarixə malik, turizm marşrutu üzərində yerləşən, dünyada analoqu olmayan “Diri Baba” memarlıq abidəsi, palçıq vulkanları, gözəl təbiət mənzərələri və s. ilə daima turistləri özünə cəlb edən Qobustan rayonunda turizm sahəsinin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu nəzərə alsaq, sayt rayonun daha yaxından tanınmasına, turistlərin və iş adamlarının bölgəyə marağının artmasına töhfə ola bilər. 
   
Fəxriyyə Abdullayeva