Ölkə prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarlarına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin 28 noyabr 2011-ci il tarixli 558 saylı əmri ilə “TDT Travel” MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
   Mədəniyyət və Turizm Nazirliyinin eyni tarixli 559 saylı əmri ilə “Hilton Baku” mehmanxanasına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya verilib.
   Mədəniyyət və Turizm Nazirliyinin ekspert qrupu Astara şəhərində fəaliyyət göstərən “Şindan” mehmanxanasını və Lənkəran şəhərində fəaliyyət göstərən “AB Qala” mehmanxanasını müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək məqsədilə adıçəkilən mehmanxanalara baxış keçirib.