Vyananın “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNG) təşkilatçılığı ilə ənənəvi “Beynəlxalq bazar” xeyriyyə tədbiri keçirilib. 80-dən çox ölkənin, beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycanın Avstriyadakı səfirliyi təmsil edib. Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımlarının hazırladıqları milli mətbəximizin ləziz xörək və şirniyyatları minlərlə iştirakçıya təqdim olunmuş, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri nümayiş etdirilib. Bədii hissədə Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri Xalq artisti Yusif Qasımovun rəhbərliyi ilə Azərbaycan milli rəqslərini ifa etmiş, tamaşaçılarda böyük maraq və xoş ovqat yaratmışlar. 

   Fəxriyyə Abdullayeva