Dekabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə Şüvəlan qəsəbəsində yerləşən 12 nömrəli internat məktəbinin uşaqları üçün Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, “Turizm ili” çərçivəsində təşkil olunan ekskursiyada uşaqlara Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, oradakı eksponatlar haqqında ətraflı məlumat verilib. Gənc nəslin Azərbaycanın tarixinə, mədəniyyətinə daha yaxından bələd olması, ölkənin turizm məkanları haqqında ətraflı məlumatlar ala bilməsi məqsədilə reallaşdırılan tədbir uşaqların yaddaşında dərin iz buraxıb.
   Ekskursiyada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Şüvəlan qəsəbəsində yerləşən 12 nömrəli xüsusi internat evinin müəllimi və 50 nəfər uşaq iştirak edib. 

  Fəxriyyə Abdullayeva