“Turizm ili” ilə bağlı Tədbirlər Planının 29-cu bəndinə (milli parklara yaxın ərazilərdə ekoturizm, xüsusən də «Bird Watching» turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi) uyğun olaraq dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şirvan Milli Parkına infotur keçiriləcək. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin, “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin əməkdaşlarının, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə («Bird Watching») marşrutunun yaradılması, pasportlaşdırılması və təqdimatının keçirilməsi planlaşdırılır.

Fəxriyyə Abdullayeva