Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Milad caz konserti” (“Christmas Jazz Concert”) keçiriləcək. Konsert proqramı caz kompozisiyalarından ibarət olacaq.

Tanınmış cazmenlər Rain Sultanov və Şahin Növrəslinin iştirak edəcəyi konsert paytaxtın sakinləri və qonaqları üçün Yeni il ərəfəsində gözəl sənət hədiyyəsi olacaq.

İfaçılar Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.