Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsr təsviri sənətinin ən məşhur simalarından olan ispan rəssamı Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq rəsmləri sırasında müəllifin qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzində təqdim ediləcək əsərlər dünyada S.Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.

Sərgi oktyabrın 8-dək davam edəcək.