Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə plener – açıq havada rəsm müsabiqəsi keçirilib.

Tələbə həmkarlar təşkilatının təşəbbüsü ilə gerçəkləşən plenerdə Memarlıq fakültəsinin istedadlı tələbələri Heydər Əliyevin universitetin həyətindəki büstünü təsvir ediblər.

Tələbə həmkarlar təşkilatının təşəbbüsü ilə gerçəkləşən plenerdə iştirakçılar fərdi bacarıqlarını nümayiş etdiriblər.

Sonda münsiflər heyəti rəsmlərə baxış keçirib. Ən gözəl rəsmlərin müəllifləri diplomlarla təltif edilib.

Tədris işləri üzrə prorektor professor Akif Qasımov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev AzMİU-da tələbələrin fərdi bacarıqlarının inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıblar.