Ərəb ölkələrinin ortaq “Tourist.Faharas” portalında Azərbaycan paytaxtının ən yaxşı məkanları barədə “Azərbaycanın 10 ən görməli yerləri” sərlövhəli məqalə və fotoşəkillər yerləşdirilib.

Məqalədə paytaxt Bakıda qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin sevimli məkanı olduğu qeyd edilib. Diqqətə çatdırılır ki, 1909-cu ildə salınan dənizkənarı bulvar da Bakı sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir.

Ərəb ölkələrindən olan potensial turistlərin diqqətinə çatdırılıb ki, Azərbaycanın rayonlarında da görməli yerlər, qədim tarixi abidələr var. Bölgələrdə turistlərin istirahəti üçün yüksək şərait yaradılıb, təbiətin qoynunda ən müasir standartlara cavab verən komfortlu hotellər fəaliyyət göstərir.