Xəbər verdiyimiz kimi, Kolumbiyada keçirilən 33-cü Beynəlxalq Medelin Şeir Festivalında  Azərbaycandan şairə Nigar Həsənzadə iştirak edib.

Bu il 60 ölkənin təmsil olunduğu tədbirdə ilk dəfə Azərbaycan dilində şeirlər səsləndirilib. Nigar Həsənzadənin festivalda söylədiyi şeirlər geniş auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Festivala iyulun 15-də yekun vurulub. Festival çərçivəsində Dünya Poeziya Hərəkatının toplantısı da keçirilib. N.Həsənzadə Dünya Poeziya Hərəkatının Azərbaycan üzrə nümayəndəsi təyin olunub.