F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən “Məhəbbət şairi Mikayıl Müşfiq – 115” adlı daycest və “2 avqust – Azərbaycan Kinosu Günü” adlı yaddaş kitabçası (biblioqrafik siyahı) virtual oxuculara təqdim edilib.

Daycestdə Mikayıl Müşfiq (1908-1938) haqqında məlumat, fotoşəkillər, 25 adda kitab, həmçinin dövri mətbuatda dərc olunan məqalələrin tammətnli siyahısı, şairin şeirləri yer alıb.

“2 avqust – Azərbaycan Kinosu Günü” adlı yaddaş kitabçasında kitabxananın fondunda Azərbaycan kinosu ilə bağlı mövcud olan kitablar və dövri mətbuat materiallarının biblioqrafik siyahısı verilib.

Daycest və yaddaş kitabçası ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz.