Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 73 nəfəri Türkiyənin Antalya şəhərində “Job Türkiye” və “Summer Tour” şirkətlərinin dəstəyi ilə gerçəkləşən istehsalat təcrübəsini davam etdirirlər.

ATMU-dan bildirilib ki, Antalyada təcrübə imkanı qazanan tələbələr hotellərdə peşəkar vərdişlərə yiyələnirlər.

Bu günlərdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalyada təcrübə keçən tələbələrin iş və yaşayış şəraiti ilə tanış olub, müəssisə rəhbərləri ilə işgüzar görüşlərə qatılıblar.