Prezident İlham Əliyev iyulun 27-də Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu il 80 yaşı tamam olan Xalq yazıçısı Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Nəsr əsərləri ilə müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olan yazıçı geniş oxucu rəğbəti qazanan “Köç”, “Ceviz qurdu”, “Günah duası”, “Səs” və s. romanların, povest və hekayələrin müəllifidir. Ssenariləri əsasında “Bəyin оğurlаnmаsı” bədii, “Çətirimiz buludlardır” bədii televiziya filmləri çəkilib.

Mövlud Süleymanlı 2003-cü ildə “Əməkdar incəsənət хаdimi”, 2006-cı ildə “Xalq yazıcısı” fəxri adlarına layiq görülüb, 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.