Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır – 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində qalib olmuş “İRS – mənəvi dəyərlərin milli adətlərimizlə təbliği” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində mənəvi dəyərlərin milli adətlərimizlə təbliği fərqli formada təqdim olunub, yeni üslubda maarifləndirmə işi aparılıb.

“İnci” Mədəniyyət evi və "Səma" rəqs ansamblını təmsil edən bir qrup istedadlı könüllü gəncin təqdimatında incəsənət vasitələri kimi rəqs və musiqi kompozisiyalarından istifadə olunaraq cəmiyyətin diqqəti erkən nikah, məişət zorakılığı, bullinq, narkomaniya, vətənpərvərlik kimi aktual mövzulara və sosial problemlərə yönəldilib. Eyni zamanda layihə gənclərə öz istedadlarını da nümayiş etdirmək imkanı yaradaraq yeni mədəni hərəkatın başlanmasına təkan verib.

Nümayiş olunan kompozisiyalar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və gənclərin təşəbbüsü mədəniyyət sahəsində yeni, davamlı və fərqli layihələrin icrası üçün zəmin yaradıb. Bundan əlavə, layihənin davamlılığını təmin etmək məqsədilə növbəti mərhələlərdə müxtəlif regionlarda yeni nümayişlərin təşkili nəzərdə tutulub.

Nurəddin