Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Prezident Vladimir Putinə başsağlığı verib.

“Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”, – deyə başsağlığı məktubunda bildirilir.

Prezident İlham Əliyev faciə ilə bağlı Dağıstan rəhbəri Sergey Məlikova da başsağlığı verib.

Qeyd edək ki, avqustun 14-də gecə saatlarında Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib. Partlayış nəticəsində 35 nəfər həlak olub, 100-dək insan xəsarət alıb. Çoxsaylı tələfatla əlaqədar avqustun 15-də Dağıstanda matəm elan olunub.